Azərbaycan Respublikasının Dövlət bayraq Gününə həsr olunmuş tədbir

08 noyabr 2017-ci il tarixində Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında muzeyimizin və H.Aslanov adına “Mərkəzi Zabitlər Evi”nin birgə təşkilatçılığı ilə 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi” haqqında sərəncamına əsasən hər il Noyabrın 9-u Dövlət Bayrağı günü kimi qeyd olunur. Muzeydə keçirilən tədbiri giriş sözü ilə Azərbaycan İstiqlal Muzeyinin elmi işçisi Ramazanova Gülay açdı və Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında məlumat verdi. Sonra H.Aslanov adına “Mərkəzi Zabitlər Evi”nin hazırladığı bədii-musiqili proqram səsləndi.
Tədbirdə Tibb Universitetinin hərbi kursantları, Hərbi Dəniz Qüvvələrin şəxsi heyəti, Bülbül adına musiqi məktəbin şagirdləri iştirak etdilər.

DSC_0060copy

DSC_0064copy

DSC_0109copy

DSC_0012copy

Search