Fond

Azərbaycan İstiqlal Muzeyinin Fondla

Muzey eksponatlarının komplekləşdirilməsi və saxlanılması muzeyin işində ən əsas istiqamətlərdən biridir. Azərbaycan İstiqlal Muzeyinin fondları əsas fond və elmi-köməkçi fondlardan ibarətdir. Fondların komplekləşdirilməsi alqı və hədiyyə əsasında həyata keçirilir.

Əsas fond aşağıdakılardan ibarətdir:

1.Sənəd fondu. Bu fondda müxtəlif sənəd nümunələri, kitablar mühafizə olunur. Bu eksponatların arasında ən əhəmiyyətliləri – Həzi Aslanova və Mehdi Quliyevə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi haqqında fərman; Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü Cavadbəy MəlikYeqanovun həyat yoldaşı tərəfindən yazılmış məktublar; Azərbaycan Respublikası Milli Qəhrəmanları Ələsgər Novruzovun, Hikmət Nəzərlinin şəxsi sənədləri; Azərbaycan Respublikası Milli Qəhrəmanları Gültəkin Əsgərovaya aid xatirə dəftəri;

20yanvar

  20 Yanvar şəhidi Azər Ələkbərova aid şəxsi sənədlər

nektub

Şəhid Ağabəy Novruzbəylinin ölümqabağı yazdığı məktub;

shair

Xalq şairi Balaş Azəroğluya aid sənədlər və onun “Şöhrət” ordenlə təltif edilməsi haqqında Heydər Əliyevin sərəncamı.

2.Foto fond. Bu muzeyin ən böyük fondlarından biridir. Bura Azərbaycan Demokratik Respublikasının fəaliyyətini əks etdirən fotoşəkillər; Cəmilə Hüseynzadənin şəxsi arxivindən götürülmüş Əlibəy Hüseynzadəyə aid fotoşəkillər;

herekat

Cənubi Azərbaycan hərəkatının müxtəlif dövrlərini əks etdirən fotoşəkillər (Lütfəli Ədrəbilinin şəxsi arxivindən);

II Dünya müharibəsində SSRİ-nin Almaniya üzərində qələbəsində azərbaycanlıların rolunu əks etdirən fotoşəkillər; Azərbaycanın müstəqillik dövrünü, 20 Yanvar faciəsini, Xocalı soyqırımını və s. əks etdirən fotoşəkillər aiddir.

3. Foto-Neqativ fondu. Bura Azərbaycan xalqının başına gətirilmiş soyqırımları, 20 Yanvar faciəsini, Xocalı soyqırımını, Qarabağ hadisələrini əks etdirən video çarxlar və həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini, 1930-1950-ci illərində repressiya illərində tarixi hadisələri əks etdirən neqativlər daxildir.

4.Qrafika fondu. Bu fondda rəssamların müxtəlif əsərləri saxlanılır:

QrafukaFondu

Azərbaycan Xalq rəssamları Əzim Əzimzadənin

rəssamlar Kamil Ramazanovun, Altay Hacıyevin, Sara Manafovanın (Namitokovanın), Nazim Məmmədovun, Sabir Çopurovun.

5.Numizmatika fondu. Bu fondda ordenlər, medallar, möhürlər, poçt markaları saxlanılır. Bunların arasında ən əhəmiyyətliləri “Şöhrət” ordeni,

4

 “Lenin”, “Aleksandr Nevski”nin ordenləri, “Qırmızı Ulduz”, “I-II dərəcəli Böyük Vətən müharibəsi”,

Səttarxan” ordenləri; “Almaniyanın üzərində qələbə (1941-45-ci illər)”, “21 Azər”, “Qafqazın müdafiəsinə görə” medallar, Vyananın, Kensberqin, Budapeştin, Varşavanın alınmasına görə medallar

Pul vahidi

və həmçinin Azərbaycan Xalq Cümhuriyyəti,

SSRİ, Azərbaycan Respublikası dövrlərinə aid pul vahidləri, markaları.

6.Heykəltəraşlıq fondu. Burada müxtəlif heykəltəraşlıq nümunələri, büstlər və barelyeflər saxlanılır.

babak

Onların arasında xüsusilə Sabir Çopurovun “Babək” barelyefini qeyd etmək lazımdır.

7.Rəngkarlıq fondu.Bu fondda

renkarliqfondu

Azərbaycanın Xalq rəssamları Böyükağa Mirzəzadənin (“Neftçilər”) ,

AltayHaciyev

Altay Hacıyev (“Cavadxanın son döyüşü”);

Rəssamlar Kamil Ramazanov (“Çaldıran 1514”) , Nazim Məmmədov (“Xocalı”)

toqrulNerimanbeyov

Sabir Çopurov (“Şah İsmayıl Xətai”, “Xocalı qadınları”, Qarabağ”),

 Mehriban Şəmsəddinskaya (“Boşalmış damarlar”), Əşrəf Heybətov(“20 Yanvar”) əsərləri saxlanılır.

8.Dekorativ-tətbiqisənət fondu.Bu fondda olan eksponatların arasında

kamera

Qarabağ müharibəsi veteranı Seyidağa Mövsümlüyə aid 20 yanvar faciəsi və Xocalı soyqırımını lentə almış video kameranı,

cheleng

Azərbaycan Respublikası Milli Qəhrəmanları Əsgərova Gültəkinin özünün toxuduğu çələngi,

saat

20 yanvar şəhidi Ağabəy Novruzbəyliyə aid cib saatını,

HeydarAliyev

Heydər Əliyevə hakimiyyətdə olduğu müddətdə (1969-1982) verilmiş hədiyyələri (maketlər),

bayraq

1989-cu ildə Qız Qalası üzərində qaldırılmış üçrəngli bayrağı,

jaja

Cənubi Azərbaycan hərəkatının fəallarından biri Səfərxan Qəhrəmanıya aid təsbehi, müştükü qeyd etmək lazımdır.

Elmi-köməkçi fondda

mubariz

Azərbaycan Respublikası Milli Qəhrəmanı Mübariz İbrahimovun heykəli,

deniz

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin maketi,

Azərbaycan Xalq Cümhuriyyətinin orden və medallarının eskizləri, Azərbaycan Respublikasının müxtəlif tarixi dövrlərindən bəhs edən kitablar, Azərbaycan Respublikası Milli Qəhrəmanlarına aid sənədlər, müxtəlif rəngkarlıq nümunələri saxlanılır.

Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20%-i işğal edilmişdir. İşğal nəticəsində digər sahələrlə yanaşı mədəniyyət sahəsinə də xeyli ziyan dəyib, 22 muzey dağıdılmış, tarixi əhəmiyyətə malik eksponatlar talan edilmişdir. Cəbrayıl və Füzuli (2014-cü il qədər) rayonlarındakı tarix-diyarşünaslıq muzeyləri eksponatlarının bir qismini müharibə bölgəsindən çıxarılmışdı. Çıxarılmış maddi və mənəvi mədəniyyət nümunələri Azərbaycan İstiqlal Muzeyinin fondunda mühafizə edilməklə yanaşı, kiçik bir qismi ekspozisiyada geniş tamaşaçı kütləsinə nümayiş etdirilir.

Cəbrayıl tarix-diyarşünaslıq muzeyi–eksponatların ümumi sayı 17228-dir. Muzey fondunda mühafizə edilən kolleksiyaya musiqi alətləri, xalça, silah, toxuculuq, məişət əşyaları və qadın zərgərlik nümunələri aiddir.

Füzuli tarix-diyarşünaslıq muzeyinə məxsus 6000 ədəd eksponat 2014 – cü ilə qədər Azərbaycan İstiqlal Muzeyinin fondunda mühafizə edilmklə yanaşı, kiçik bir hissəsi ekspozisiyada geniş tamaşaçı kütləsi üçün nümayiş etdirilirdi.

<!–:en–>Azerbaijan Independence museum <!–:–><!–:AZ–>Azərbaycan İstiqlal Muzeyi<!–:–><!–:RU–>Музей Независимости Азербайджана<!–:–>

Search