Muzey haqqında

Azərbaycan İstiqlal Muzeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 1991-ci il tarixli 9 saylı qərarına əsasən yaradılmışdır. Muzey yaradılandan dərhal sonra sənədlərin işlənməsi və arxivlərin öyrənilməsi zamanı çox maraqlı və mühüm bir məqam aydın oldu. Azərbaycanın ilk rəsmi muzeyi 1919-cu il dekabrın 7-də Azərbaycan Parlamentinin egidası altında yaradılıb. O, Azərbaycanın görkəmli sənətşünas-alimi Məmməd Ağaoğlunun və Hüseyn bəy Mirzəcamalovun təşəbbüsü ilə təsis olunub və İstiqlal adını daşıyıb. Birinci yaradılan muzeydən heç bir eksponat qalmasa da 1991-ci ildə yaradılmış muzey Azərbaycan Respublikasının Mədəniyyət Naziri Polad Bülbüloğlunun 23 dekabr 1992-ci il sərəncamı ilə “İstiqlal” adını alaraq birinci muzeyin mənəvi varisi oldu. Muzeyin yaradılmasında məqsəd Azərbaycan xalqının istiqlalı uğrunda apardığı mübarizənin mərhələlərini ardıcıl əks etdirməkdir. Muzey işçilərinin səyləri nəticəsində 20000 eksponat toplanıb. Bunlar nadir sənədlər, fotoşəkillər, numizmatik kolleksiyalar, bədii əsərlər və digər əşyalardır. Muzeydə tarixi günlərə həsr olunmuş müxtəlif tədbirlər, təqdimat mərasimləri, sərgilər keçirilir.

 

Tamaşaçılar üçün məlumat

Muzeyin iş saatları 10:00 – 18:00
Kassa 10:00 – 17:30
İstirahət günü Bazar ertəsi
Açıq qapı günləri 18 aprel –Beynəlxalq abidələr və tarixi yerlər günü

18 may –Beynəlxalq Muzeylər günü

27 sentyabr- Ümumdünya Turizm günü

Əlavə xidmətlər Muzeydə “Biz müstəqilliyimizin varisləriyik” adda fəaliyyət göstərən dərnəkdə uşaqlara müxtəlif məzmunlu tapşırıqlar təklif olunur və dövlətin tarixi maraqlı formada nəql edilir.Valideynlər 3 və daha yuxarı yaşda olan uşaqları 1-3 saat ərzində muzeyin nəzarətinə qoya bilərlər (1 saatın qiyməti – 2 manatdır). Bütün təhsil müəssisələrin müəllimləri bizim təcrübəli bələdçilərin köməyi ilə muzeydə tarix üzrə tematik dərslər keçirə bilərlər (20 nəfərdən ibarət qrupun 1 saatlıq dərs qiyməti – 10 manatdır).

Giriş biletləri Ekskursiya (tamaşaçının istəyi ilə) Bir tamaşaçı və qrup üçün qiymət eynidir
Məktəbəqədər və məktəb uşaqları 1 manat 2 manat
Tələbələr 1 manat 2 manat
Digər tamaşaçılar 2 manat 2 manat
Xarici tamaşaçılar 5 manat 2 manat

Pulsuz giriş hüququna aşağıdakı kateqoriyaya aid sənədləri olan vətəndaşlar malikdir: İKOM-un üzvləri, muzey əməkdaşları, hərbiçilər, II Dünya və Qarabağ Müharibələrinin iştirakçıları, 20 Yanvar faciəsinin şahidləri.

<!–:en–>Azerbaijan Independence museum <!–:–><!–:AZ–>Azərbaycan İstiqlal Muzeyi<!–:–><!–:RU–>Музей Независимости Азербайджана<!–:–>

Search