Hedər Əliyev və ordu quruculuğu

      Hər bir dövlətin varlığı, müqəddəratı onun güclü iqtisadiyyatı və güclü ordusunun olması ilə səciyyələnir. 1991- ci il 18 oktyabrda öz müstəqilliyini bərpa etmiş Azərbaycan elə müstəqilliyinin ilk günlərində mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyətlə üzləşdi. Bu eyni zamanda özünü ordu sahəsində də göstərdi. Vahid komandanlığın olmaması ucubatından silahlı birləşmələr müxtəlif  qrupların əlində cəmlənmişdi. Bunun nəticəsi idi ki, Azərbaycan daxilində qardaş qırğını başlamış, Dağlıq Qarabağda döyüşən əsgərlərin vahid komandanlıqdan idarə edilməməsi 20 faizdən artıq torpaqlarımızın ermənilər tərfindən işğalı ilə nəticələndi. 1993- cü il iyun ayında xalqın tələbi ilə Ulu öndər Heydər Əliyevin yenidən Azərbaycana dönüşü qardaş qırğının qarşısını almaqla yanaşı, mərkəzi komandanlığa bir başa tabe olan ordu quruculuğuna başlanıldı. Ümummilli lider Heydər Əliyev ordu quruculuğuna Naxçıvanda Ali Məclisin sədri olduğu zamanda başlamışdı. Bu ilə qədər isə Qarabağda gedən döyüşlər zamanı çoxlu sayda gənc həyatını itirməklə bərabər, rayonlarımızda işğal olunmuşdu. 1994- cü ildə mayın 12 də atəşkəsin imzalanması ilə ordu quruculuğunda böyük islahatlar aparıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundu. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi. Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi tək hərbi texnika ilə deyil, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması diqqətdə saxlanıldı. Ümummilli Heydər Əliyevin 70- ci illərdə yaratdığı Cəmşid Naxçıvanski adına hərbi litsey dahi şəxsiyyətin bir daha uzaq görənliyindən xəbər verir. Müstəqil Azərbaycanda ordu quruculuğunda aparılan islahatlar nəticəsində Heydər Əliyevin yaratdığı hərbi məktəbin müdavimləri o illərdə hərbi sahədə müxtəlif vəzifələri icra etməyə başladılar. Ulu öndər 2003-cü il aprel ayının 21 də hərbi litseyin 30 illik yubileyinə həsr edilmiş təntənəli mərəasimdə çıxışı zamanı qürurla bəyan etmişdi “Mən Cəmşəd Naxçıvanski adına məktəbi yaradərkən həsrətində olduğum arzuma çatmışam, ona görə özümü çox xoşbəxt hesab edirəm”. Çox çətinliklər hesabına SSRİ zamanınada Azərbaycanda qurulmuş hərbi məktəb bu gün öz bəhrəsini verməkdədir. Heydər Əlieyvin ordu quruculuğu zamanı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin  məzunları bu gün Azərbaycan ordusunda şərəflə xidmət edirlər. Azərbaycanın hər bir vətəndaşı Azərbaycanın ərazi bütövlüyü və eyni zamanda ona müqəddəs olan atiributlar üçün gözünü qırpmadan öldürməyə, canını əsirgəmədən ölməyə hazır olmalıdır. Ramil Səfərovda Azərbaycan gəncliyinin real bariz nümunəsidir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin öz zabitini əhv etməsi bir daha ümummilli lider Heydər Əliyevin bu sözlərini xatırlamağa imkan verir “Azərbaycanın hər bir vətəndaşı mənim üçün əzizdir amma Azərbaycan əsgəri, zabiti mənə hər bir vətəndaşdan daha əzizdir, daha yaxındır”. Qəhrəmanlıqlar filimlərdə oynanılır. Amma Azərbaycanda real qəhrəmanlığı Mübariz İbrahimovun timsalında görə bilərik. 2010-cu ilə Mübarizin tək başına düşmən üzərinə şığıması düşməni lərzəyə salmışdır. Bu bir daha sübut edir ki, Azərbaycanın bir əsgəri erməninin yüz həttə min əsgərini məhv etməyə qadirdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər bu gün onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordu sahəsində böyük islahatlar aparılması ilə yanaşı ordumuz yeni silah növləri ilə təhciz edilir. Azərbaycan öz ordusunun təminatını yaxşılaşdırmaq üçün Müdafiə Sənayesi Nazirliyi tərəfindən müxtəlif təyinatlı silah növləri istehsal edilir. Buna misal olaraq bu gün səsi belə eşidiləndə düşməni lərzəyə gətirən “İstiqlal” snayper tüfəngini göstərmək olar. 2008-ci ildə Azərbaycan ordusunun yaranmasının 90 illik yubileyi və 2013- cü il 95- illik yubileyi münasibəti ilə təşkil edilmiş paradda Azərbaycanın ordusunun qüdrəti bir daha dünyaya nümayiş etdirildi. Müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin güclü əsaslarla qurduğu dövlət bu gün güclü orduya və güclü iqtisadiyyata əsalanır. Bu gün müstəqilliyimizin, dövlətçiliyimizin qarantı təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Milli Ordumuzdur. İnkişaf və tərəqqisinin yeni mərhələsinə qədəm qoyan nizami ordumuz regionda ən güclü orduya və xalqın güvənc yerinə çevrilib. Ümummilli liderimizin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi ordumuzun qüdrətini günü-gündən artırır.Azərbaycan qüdrətli ordunun hesabına itrilmiş torpaqları ilə yanaşı tarixi torpaqlarını da geri qaytaracaq. Zəngin hərbi tarixə malik Azərbaycan xalqı öz Silahlı Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq dövlət quruculuğu yollarında daha inamla addımlayacaq və yeni zəfərlər qazanacaq.

Mirseyibli S.A

26.06.2014

Search