Sülh oyunları

2017-ci il mayın 11-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş “Sülh oyunları” adlı tədbir-sərgi keçirildi.
2013-cü il 24 iyul tarixində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Beləliklə, cari ilin 12-22 may tarixlərində Bakı şəhəri IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Həmin oyunlarda 20 idman növü üzrə 57 dövlətin 6000 yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.
Muzeydə təşkil olunmuş sərgidə gənc rəssamların əl işləri nümayiş olundu.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı, professor Ağaəli İbrahimov, Heydər Əliyev adına “Düşüncə” Mərkəzinin rəhbəri Fesih Alioğlu, rəssam Elnurə İsgəndərova çıxış etdilər, Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yraradıcılıq Evinin nümayəndələri tərəfindən kompozisiya nümayiş olundu, sərginin iştirakçılarına təşəkkürnamələr təqdim olundu.
Tədbirdə gənc rəssamlar, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Turizm və Menecment Universitetinin, tələbələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin əməkdaşları, Milli Qvardiyanın əsgərləri və digər qonaqlar iştirak etdilər.

DSC_0130copy

DSC_0116copy

DSC_0143copy

DSC_0157copy

Search