Uşaqlar – gələcəyimizin aynasıdır

20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası Uşaq Hüquqları Konvensiyasını qəbul edilmişdir və 20 noyabr tarixi bütün dünyada “Ümumdünya Uşaqlar günü” kimi qeyd olunur. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, oktyabrın 20-dən noyabrın 20-dək respublikamızda “Uşaq hüquqları aylığı” keçirilir. Bunun çərçivəsində cari ilin 02 noyabr tarixində Azərbaycan İstiqlal Muzeyində “Uşaqlar – gələcəyimizin aynasıdır” adlı tədbir keçirildi. Tədbirdə “İdrak” liseyinin və 53 sasylı orta məktəbin müəllim və şagirdləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə Azərbaycan İstiqlal Muzeyinin əməkdaşı Quliyeva Arzu açdı, sonra söz verildi “Polisə Dəstək” İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyevə və 53 saylı orta məktəbin “Hüquq klubu”nun sədri Orxan Vəliyevə. Sonda “Uşaqlar gələcəyimizdir” adlı film nümayiş olundu və “Uşaq Himni” səsləndi.

DSC_0194copy

DSC_0199copy

DSC_0222copy

DSC_0231copy

Search